Certified Ethical Hacker (CEH)

Sertifikatlı etik haker – mütəxəssislərə EC-Council tərəfindən informasiya təhlükəsizliyi üzrə verilən sertifikatdır. ABŞ Müdafiə Nazirliyi tərəfindən tanınır. Şəbəkə təhlükəsizliyi sahəsində müvafiq səviyyədə biliklərin olmasını təsdiq edir. Etik hakerlər, adətən təşkilatlar tərəfindən istifadə olunurlar, informasiya təhlükəsizliyi boşluqlarını aşkar etmək və aradan qaldırmaq məqsədilə hakerlərin istifadə etdikləri eyni metodlardan istifadə edərək şəbəkələrə və ya kompüter sistemlərinə daxil olmağa cəhdlər edirlər. CEH sertifikat imtahanı şəbəkə protokollarının, əməliyyat sistemlərinin və tətbiqi proqramların boşluqları, troyanlar, viruslar, rutkitlər, informasiyanın toplanması, şəbəkənin daranması və resursların inventarlaşdırılması, veb-serverlərin və simsiz şəbəkələrin sındırılması, informasiya təhlükəsizliyi vasitələrinin aldadılması, nüfuzetmə testləri, DoS hücumların, SQL-inyeksiya hücumlarının həyata keçirilməsi, seansların ələ keçirilməsi və s. kimi sahələri əhatə edir.
Certification Practice Statement (CPS)
CFB
OBASTAN VİKİ
Hacker
Haker (ing. hacker, hack - yarmaq, sındırmaq) — əməliyyat sistemlərini bütünlüyü ilə bilən, dərinliklərinə enən, kompüterlərlə dərinləməsinə maraqlanan, proqramlamanı profesional dərəcədə bilən kompüter mütəxəssisləridir, deyə bilərik. Hakerlər hər hansı bir sistemin quruluşu üzərində sistem xətası və ya sistem açıqları tapa bilər, bu açıqların səbələrini bilərlər. Heç bir zaman öyrəndikləri ilə kifayətlənməz, daima daha çoxunu öyrənmək cəhdi içərisindədirlər. Haker sözü XX əsrin 60-cı illərində informasiya texnologiyalarının inkişafı nəticəsində əmələ gəlmişdir. Haker sözü ümumiyyətlə əksərən sərt mənada başa düşülür, lakin onun çoxlu mənaları da var: Hakerlər əksər adi istifadəçilərdən fərqli olaraq proqramları detallarına kimi tədqiq etməkdən həzz alır, onların imkanlarını genişləndirməyə çalışır. Bir kəs ki, proqramlaşdırmanı çox həvəslə, şövqlə aparır və ya proqramlaşdırmanı nəzəriyyədən daha çox real şəkildə aparmağı xoşlayır. Bir şəxs ki, sürətli proqramlaşdırmanı bacarır. Öz peşəsi üzrə ekspert, öz peşəsində şövqlə işləyən. Ola bilsin ki, astronomiya hakeri.
Certified Lover Boy
Certified Lover Boy — kanadalı repçi-müğənni Dreykin altıncı studiya albomu. 3 sentyabr 2021-ci ildə OVO Sound və Republic Records tərəfindən buraxılıb. 01. Champagne Poetry 02. Papi's Home 03. Girls Want Girls (featuring Lil Baby) 04. In the Bible (featuring Lil Durk and Giveon) 05. Love All (featuring Jay-Z) 06. Fair Trade (featuring Travis Scott) 07. Way 2 Sexy (featuring Future and Young Thug) 08.